Biləsuvarda 5 narkotacir tutuldu, biri qadındır - FOTO
Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F. Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Reno Megane” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar.
Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN