Oğuzda polisə tabe olmayan sərxoş sürücü tutuldu - FOTO
Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da məlum olub.
Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib olunub və o, cərimə edilib.
Azvision.az