Bakıda 7 min manatlıq geyim əşyaları oğurlanıb

Bakıda 7 min manatlıq geyim əşyaları oğurlanıb
  02 May 2020    Oxunub:3573
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus saxlanc yerindən 7000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Səfərli və Q.Eyvazov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində S.Əlizadənin velosipedini oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti