Milli Parkda zubr balası dünyaya gəlib
Onun sözlərinə görə, artıq zubr balalarının sayı ikiyə çatıb: "Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14 -ə çatıb".
Azvision.az