Sabah 29 dərəcə isti olacaq

Sabah 29 dərəcə isti olacaq
  03 May 2020    Oxunub:2961
Sabah Bakıda və Abşeron yarımadasında yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil ecdəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti