Keçmiş məhkum avtobusla piyadanı vurub öldürdü
Əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma zamanı məlum olub ki, İ.Quliyev sərxoş halda iritutumlu avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Azvision.az