Cəlilabadda ərzaq mağazası yanıb

Cəlilabadda ərzaq mağazası yanıb
  04 May 2020    Oxunub:2516
Cəlilabad rayonunda ümumi sahəsi 399 kvadratmetr olan birmərtəbəli ərzaq mağazasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində mağazanın lambirindən ibarət tavanı 81 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti