Bakıda küçəyə çıxan 275 nəfər saxlanıldı

 Bakıda küçəyə çıxan 275 nəfər saxlanıldı
  04 May 2020    Oxunub:4698
Mayın 3-də - həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib.
Bu barədə Azvision.az -a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, təkcə Bakı şəhərində bu növ pozuntulara yol verən 275 nəfər saxlanılıb. Onların hər biri barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti