Narkotiklə saxlanılan şəxsin digər cinayətləri üzə çıxdı - FOTO
K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN