Gəncədə 9 evdən oğurluq edən şəxs tapıldı

Gəncədə 9 evdən oğurluq edən şəxs tapıldı
  04 May 2020    Oxunub:3738
Gəncə şəhərində oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, şəhərin Nizami rayonu ərazisindəki dörd evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, beş həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti