Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, aprelin 25-də Xətai rayonu ərazisindəki mənzillərin birindən 200 manat məbləğində pul, 500 manat dəyərində noutbuk və 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov rayon polis idarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Nəsimi Rayon Polis İdarəsi 9-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisində “Renault” markalı avtomobildən 300 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Osmanov saxlanılıb.
Faktlarla bağlı təhqiqat aparılır.
Azvision.az