Əli Kərimli Müsavatın təklifini rədd etdi

Əli Kərimli Müsavatın təklifini rədd etdi
  07 Yanvar 2014    Oxunub:976
AXCP Müsavat Partiyasının müttəfiqlik təklifinə cavab verib.
AzVision.az-ın məlumatına görə, AXCP İsa Qəmbərin rəhbəri olduğu partiyanın təklifini məqbul hesab etməyib.

“Bu gün AXCP Ali Məclisi Rəyasət Heyəti Müsavat Partiyasının AXCP və Müsavat Partiyası arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifini müzakirə edərək bu qərarı qəbul etdi:

AXCP hər zaman müxalifətin böyük birliyinə tərəfdar olub. Biz müxalifətin böyük koalisiyası olaraq Milli Şuranın formalaşması üçün ciddi səylər göstərmişik. Əminik ki, Milli Şura bundan sonra da 2013-cü ilin prezident seçkiləri zamanı olduğu kimi səmərəli fəaliyyət göstərə bilər. Biz artıq xeyli müddətdir ki, Musavat partiyası ilə, eləcə də Milli Şurada təmsil olunan digər qüvvələrlə bu birlik daxilində müttəfiqlik münasibətlərindəyik. Biz real müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq. Əgər Musavat partiyası daha da sıx birlik arayışındadırsa, xatırladırıq ki, 2010-cu ildə AXCP-nin qurultayı qərar qəbul etdi ki, Xalq Cəbhəsi Partiyası Müsavatla qeyd-şərtsiz birləşməyə hazırdır. Bu qərarımız indi də qüvvədə qalır”-deyə AXCP rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti