Prezidentlərin görüşü fevraldan sonraya qaldı

Prezidentlərin görüşü fevraldan sonraya qaldı
  07 Yanvar 2014    Oxunub:1084
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş isə yanvarın sonunda Cenevrədə baş tutacaq.


Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü təxminən Yanvarın sonuncu ongünlüyündə keçiriləcək. Bu barədə AzVision.az diplomatik mənbəyə istinadən məlumat verir.

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri, danışıqların formatını qurumun hazırki sədri, İsveçrənin xarici işlər naziri Dide Burkxalterla müzakirə etmək üçün Cenevrəyə gedəcəklər.

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş isə fevral ayından tez baş tutmaya bilər, hər şey danışıqların gündəminin hazır olub –olmamasından asılıdır.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 15-19-da regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. Bəyanatda, həmsədrlər tərəfləri regionda gərginliyi artıra biləcək addımlardan çəkinməyə və danışıqları davam etdirməyə yönəlmiş atmosferi qoruyub-saxlamağa çağırıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti