Təhsil naziri yeni ildə ilk qəbulunu keçirəcək

Təhsil naziri yeni ildə ilk qəbulunu keçirəcək
  07 Yanvar 2014    Oxunub:1132
Mikyayıl Cabbarov Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayon sakinlərinin şikayətlərini dinləyəcək
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 10 yanvar 2014-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Teqlər:  





Xəbər lenti