Müsavat Milli Şuradan çıxdı

Müsavat Milli Şuradan çıxdı
  07 Yanvar 2014    Oxunub:1249
Müsavat Partiyası Milli Şuradan çıxmaqla bağlı qərar qəbul edib.
AzVision.az-ın məlumatına görə, bu barədə qərar partiyanın ötən gün keçirilən Divan iclasında verilib.

Müsavat Milli Şuradan çıxması ilə bağlı yaxın saatlarda bəyanat yayacaq.

Müsavat rəsmisi Tural Abbaslı saytımıza bildirib ki, partiyanın Divanında Milli Şura ilə bağlı geniş müzakirələr olub:

“Bununla bağlı bir azdan partiyanın rəsmi mövqeyini izah edən bəyanat yayılacaq. Həmin bəyanatda partiya və Milli Şuranın münasibətləri konkret göstəriləcək. Ona qədər nə isə demək məqsədəuyğun deyil”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti