Nadir Qafarzadənin dini söyməsinə REAKSİYA

Nadir Qafarzadənin dini söyməsinə REAKSİYA
  07 Yanvar 2014    Oxunub:1124
“Space” telekanalında Kamran Həsənlinin aparıcılıq etdiyi “Sizin saat” verilişdə müğənni Nadir Qafarzadə ilə dini ekspert Elşad Miri arasında mübahisə yaranıb.

Estetik cərrahiyyə ilə bağlı olan mövzu verlişdə şəxslərin qızğın mübahisəsinə səbəb olub. Vəziyyət o həddə gəlib çatıb ki, müğənni Nadir Qafarzadə bir neçə dəfə verlişi tərk edib və qayıdıb. Mübahisə zamanı müğənnin Allaha və dinə qarşı söyüş söydüyü də bildirilir. Bu barədə Elşad Miri məlumatları təsdiq edib. O, Nadir Qafarzadənin efirdə Allaha və dinə söyüş söydüyünü deyib.

Məsələ ilə bağlı müğənniyə telefon açdıq. Özünü köməkçisi kimi təqdim edən Musa AzVision.az-a açıqlamasında deyilənləri təkzib edib. Bildirib ki, verilişdə müğənni emosional olsa da heç bir söyüşdən istifadə etməyib.

“Sadəcə çox əsəbi olub və bunu gizlədə bilməyib. Yalan söhbətdir. Əgər hər hansısa bir söyüş varsa, gətirib Elşad Miri həmin videonu qoysun ortalığa. Axşam Nadir Qafarzadə özü mənim yanımda olacaq. İnanmırsınızsa, həmin vaxt zəng edin özündən soruşun”- deyə müğənninin köməçisi qeyd edib.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti