Ramazanın 13-cü gününün duası, imsak və iftar vaxtı

Ramazanın 13-cü gününün duası, imsak və iftar vaxtı
  07 May 2020    Oxunub:3160
Sabah Ramazan ayının 13-cü günüdür.
Azvision.az -ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də Bakıda imsak saat 03:50, iftar isə saat 19:57-dədir.

Ramazan ayının 13-cü gününün duası:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:

"İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!"

Allah orucunuzu qəbul etsin!

Azvision.az


Teqlər: Ramazan   İmsak   İftar   Orucluq  





Xəbər lenti