Ağcabədi rayonunun Kəhrizli kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.