YAP-çı deputat xanım məmurlardan yazdı

YAP-çı deputat xanım məmurlardan yazdı
  07 Yanvar 2014    Oxunub:1200
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə idarəetmə orqanlarında qadın kadrların önə çəkilməsi məsələsinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, millət vəkili xanımların rəhbər vəzifələrdə çalışmasını müstəb qarşılayıb.

“Bakı Baş Təhsil İdarəsinin məsləhətçisi Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakimi başçısının humanitar məsələlər üzrə müavini təyin edilib.

Bundan əvvəl isə 25 yaşlı Aygün Əliyeva ötən ilin dekabrında Binəqədi rayon icra hakimiyyəti başçısının müavini təyin edilmişdi.

İdarəetmə orqanlarında qadın kadrların irəli çəkilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin kadr siyasətində daha bir müsbət amil kimi qiymətləndirirəm”.

A.Mirzəzadənin sözlərinə görə, əvvəldən də Azərbaycanda məsul vəzifələrdə qadın kadrların təyinatı özünü tamamilə doğruldurdu.

“Azərbaycan Prezidentinin Katibliyinin rəisi Dilarə xanım Seyidova, Prezident Administrasiyasınınşöbə müdiri Fatma xanım Abdullayevanın işlərinə məsuliyyətlə yanaşmaları həmişə Azərbaycan cəmiyyətinin diqqətində olubdur.

Vəzifələrinin adlarını çəkməsəm də Bahar xanım Muradovanın, Sona xanım Salmanovanın, Məleykə xanım Abbaszadənin, Hicran xanım Hüseynovanın, Gülçöhrə xanım Məmmədovanın, Aqiyət xanım Naxçıvanlının, Sevinc xanım Həsənovanın, Xalidə xanım Bayramovanın və onlarla digərilərinin fəaliyyəti bu gün təkcə məşğul olduqları sahənin insanları üçün deyil, bütün Azərbaycan xalqına yaxşı məlumdur”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalıq həmişə uğurlu və məsuliyyətli qadın kadrları ilə tanınıb: “Qadınlara məxsus səliqəlilik, məsuliyyət, insanlara humanist yanaşma həmişə öz müsbət nəticəsini veribdir. İşlərinə yaradıcı yanaşma çalışdıqları sahənin qarşısında duran məsələlərin həllinə həmişə təsir edib, cəsarətlə problemlərin həllinə çalışıblar.

Azərbaycan qadınları müdrk Şərqdən gələn xüsusiyyətlərlə həm rəhbər, həm ana, həm həyat yoldaşı rolunu uğurla həyata keçirirlər. Ona görə də onları inamaq və cəsarətlə irləli çəkmək siyasəti təqdirə layiqdir. Məsuliyyət və çalışqanlıq onların genetik yaddaşında, cəmiyyətdə qazandıqları yüksək hörmətin əsasındadır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti