Ağcabədi sakinindən “TOZ-8” markalı tüfəng götürülüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynovun evindən nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.