Bakı və Abşeronda avtomobil oğurlayanlar tutuldu - FOTO
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olubaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Tahir Atakişiyev və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az