212 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gətirildi

  07 May 2020    Oxunub : 3309
 212 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gətirildi
7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Azvision.az

Teqlər: AZAL   Türkiyə   İstanbul