Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub
  08 May 2020    Oxunub:2849
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan R.Quliyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Azvision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Onun rayon ərazisində bir avtomobildən 1025 manat pul oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Axtarış   Cinayət  





Xəbər lenti