Nazirin vəzifə verdiyi Vaqif Dərgahlı kimdir? - Tərcümeyi-hal

Nazirin vəzifə verdiyi Vaqif Dərgahlı kimdir? - Tərcümeyi-hal
  07 Yanvar 2014    Oxunub:14219
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə qurumun mətbuat xidmətinin rəisi təyin edilən Polkovnik-leytenant Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Lvov (Ukrayna) Ali Hərbi-Siyasi Məktəbinin hərbi-jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Elmi Mərkəzdə, İnformasiya İdarəsində, Müdafiə nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.

2013-cü ilin dekabr ayının 31-dən Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Resbublikasının Müharibə veteranı və Silahlı Qüvvələr veteranıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti