Müdafiə Nazirliyindən mətbuata XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən mətbuata XƏBƏRDARLIQ
  07 Yanvar 2014    Oxunub:825
Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır.
AzVision.az xəbər veri ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib.

Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti