Nazir müharibədə həlak olanların xatirəsini yad edib

  09 May 2020    Oxunub : 2553
Nazir müharibədə həlak olanların xatirəsini yad edib
Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.



Azvision.az

Teqlər: Müdafiə-naziri   9May