Xaçmazda istirahət mərkəzində yanğın olub

  09 May 2020    Oxunub : 2931
Xaçmazda istirahət mərkəzində yanğın olub
Xaçmaz rayonunun Seyidli kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istirahət mərkəzinin ərazisində, ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli (hər mərtəbəsi 400 kvadratmetr) olan yeməkxana binasında yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın dam örtüyünün taxta atmaları və tavanı 400 kvadratmetr sahədə, ikinci mərtəbəsində plastik arakəsmələr və 100 kvadratmetr sahəyə yığılan stol-stul yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: FHN   Yanğın