Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  09 May 2020    Oxunub:3746
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 8-də saat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı B.Giorgi idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Şahnaz Baxşəliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Goranboy   Qəza   DİN  





Xəbər lenti