Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı - Yenilənib
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Azvision.az