Avtobusda cibgirlik edən şəxs ələ keçdi

Avtobusda cibgirlik edən şəxs ələ keçdi
  11 May 2020    Oxunub:4025
Bakıda oğurluq edən şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini Z.Xəlilovun içərisində 172 manat olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Hacıyev saxlanılıb.

Azvision.az



Teqlər: Binəqədi   Oğurluq  





Xəbər lenti