Şahdağ və Xınalığa qar yağıb - Faktiki hava
Xidmətdən Azvision.az -a verilən məlumata görə, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.
Azvision.az