Maşından pul, maaş kartı və sənədlər oğurlandı

Maşından pul, maaş kartı və sənədlər oğurlandı
  11 May 2020    Oxunub:5284
Paytaxtda maşından oğurluq edən şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən 187 manat pul, maaş kartı və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Bayramov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti