Cəlilabadda narkotacirlər saxlanıldı
Onun üzərində keçirilən şəxsi axtarış zamanı bir bükümüdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Z.Ağayevdən aldığı müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Z.Məmmədov saxlanılıb. Onun üzərində aparılan şəxsi axtarış zamanı 3 qram narkotik vasitə heroin aşkarlanıb. Davam edən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satan şəxsin rayonun Abdullu kənd sakini M.Nəziyev olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. M.Nəziyevin üzərindən və yaşadığı evdən ümumilikdə 77 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az
Teqlər: Cəlilabad Narkotik Polis