Qəza nəticəsində qaz xətti zədələndi

Qəza nəticəsində qaz xətti zədələndi
  12 May 2020    Oxunub:4019
Mayın 11-də axşam saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində vətəndaş Xanlar Ələkbərova məxsus ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsi uçub.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, hadisə zamanı bir neçə qaz sayğacı və 76 mm diametrində qaz xətti zədələnib.

Bildirilib ki, 13 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti