Marqvelaşvili ayın sonunda Azərbaycana gələcək

Marqvelaşvili ayın sonunda Azərbaycana gələcək
  08 Yanvar 2014    Oxunub:1108
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili yanvarın ayının sonunda Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə AzVision.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov məlumat verib.

Millət vəkili bildirib ki, səfər yanvar ayının əvvəllərinə planlaşdırılsa da, hər iki tərəfin digər işləri olduğu üçün Marqvelaşvilinin Bakı səfəri yanvar ayın sonlarında gerçəkləşəcək.

Qeyd edək ki, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfərini ötən ilin dekabr ayında edəcəyi gözlənilsə də bu səfər sonradan təxirə salınıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti