Yayda ağaclara necə qulluq olunmalıdır?
"Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir. Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”.
R.İbrahimovun sözlərinə görə, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, əgər ağacın kök boğazı boşalarsa dibi mütləq bərkidilməlidir: "Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır”.
Azvision.az