Bakıda narkotik satan Gürcüstan vətəndaşı tutuldu

Bakıda narkotik satan Gürcüstan vətəndaşı tutuldu
  12 May 2020    Oxunub:2556
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub.

Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qabil Əliyev cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti