Keçmiş məhkum 7 maşından oğurluq etdi

  12 May 2020    Oxunub : 1500
Keçmiş məhkum 7 maşından oğurluq etdi
Oğurluqda şübhəli bilinən Sumqayıt sakini aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 7 avtomobildən pul, 2 ədəd mobil telefon, maqnitofon, noutbuk və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb.

Azvision.az

Teqlər: DİN