Elmar Vəliyevdən prezidentə təşəkkür - FOTOLAR

Elmar Vəliyevdən prezidentə təşəkkür - FOTOLAR
  08 Yanvar 2014    Oxunub:4046
Bu gün Gəncə şəhərində 3 nömrəli Peşə məktəbinin açılış mərasimi olub.
AzVision.az xəbər verir ki, açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Elmar Vəliyev prezident İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğısına görə minnətdarlığını bildirib, məktəb kollektivini təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Lentkəsmə mərasimindən sonra məktəbə daxil olan icra başçısı və digər rəsmi nümayəndələr sinif otaqları o cümlədən, avtomobilin quruluş laboratoriyasının, gənclərin çağırışaqədər hərbi hazırlıq, telekommunikasiya, mühasibat, yol hərəkət qaydaları və dərzi kabinetinin iş strukturu ilə tanış olub.

Qeyd edək ki, məktəb 1969-cu ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. 2012-ci ilin iyun ayından 2013-cü ilin sentyabr ayına qədər aparılan əsaslı təmir nəticəsində məktəbin binası müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirilib.

Hazırda məktəbdə 6 peşə-“Avtomobilin təmiri üzrə çilingər, avtomobil sürücüsü”, İnşaat-xarrat”, “Rasdioelektron aparat və cihazların yığıcı çilingəri”, “Telekommunikasiyada komputer texnikasının operatoru, tikişçi”, Əməliyyatçı mühasib” üzrə dərslər tədris olunur. Bu peşələr üzrə 120 şagirdə 26 nəfər pedaqoji və yardımcı heyyət xidmət edir.

Qalereya




Teqlər:  





Xəbər lenti