Anası ilə dalaşan qadın metroda intihara cəhd etdi

 Anası ilə dalaşan qadın metroda intihara cəhd etdi
  12 May 2020    Oxunub:5103
Bakıda anası ilə dalaşan qadın özünü qatarın altına atmağa cəhd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti