“Azərbaycan işğal fatkı ilə barışmayacaq” - Zakir Həsənov

“Azərbaycan işğal fatkı ilə barışmayacaq” - Zakir Həsənov
  08 Yanvar 2014    Oxunub:982
Nazir Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi korpus generalı Atilla Gülanla görüşüb
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul edib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin ali rütbəli zabitlərini salamlayan Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunan general-polkovnik Z.Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıblar.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.


Teqlər:  





Xəbər lenti