İbrahimbəyov Müsavatın gedişinə təəssüfləndi

İbrahimbəyov Müsavatın gedişinə təəssüfləndi
  08 Yanvar 2014    Oxunub:1342
“Rüstəm İbrahimbəyov Müsavat Partiyasının Millin Şuranı tərk etməsini təəssüflə qarşıladı”.
Bunu AzVision.aza açıqlamasında “EL” hərəkatınınü zvü Eldəniz Quliyev deyib. O bildirib ki, Müsavatın gedişi Milli Şuraya mənfi təsir edəcək:
“Hər halda Müsavat köklü partiyadır, onun gedişi Milli Şuraya təsir edəcək. Rüstəm bəy də bunu görür. Amma necə deyələr, gedəni saxlamaq da olmaz. Bu təsirə baxmayaraq Milli Şura toparlanıb öz mübarizəsini davam etdirməlidir. Rüstəm İbrahimbəyov da bu fikirdədir”.

E.Quliyev özünün Milli Şuradan istefası ilə bağlı məsələyə də aydınlıq gətirib. “EL” hərəkatının üzvü qeyd edib ki, onun səsləndirdiyi fikirlər mətbuata yanlış təqdim olunub: “Mən bildirmişdim ki, Milli Şurada yaranmış situasiyaya aydınlıq gətirilməlidir, hər şey öz adı ilə çağrılmalıdır. Bu olmayacağı təqdirdə mənim Milli Şurada qalmağım mənası olmur və bu məsələni sessiyada qaldıracam. Amma niyəsə bunu Eldəniz Quliyev istefa verdi kimi tirajlamışdılar”.

E.Quliyevin sözlərinə görə, hazırda müzakirələr gedir: “Həm Milli Şura rəhbərliyi ilə, həm də “El” hərəkatı ilə mənim istefa məsələm və digər partiyaların Milli Şurada qalıb-qalamaycağı müzakirə edilir . Yəqin ki, son sessiyada çox şeyə aydınlıq gətiriləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti