Aslan İsmayılovdan Müsavata ağır sözlər: “Maskalar cırıldı...”

Aslan İsmayılovdan Müsavata ağır sözlər: “Maskalar cırıldı...”
  08 Yanvar 2014    Oxunub:890
“Müsavatla Milli Şura davasından üzülən dostlara, xüsusən gənclərə sözüm, bu hadisədən üzülmək yox, sevinmək lazımdır”.
AzVision.az xəbər verir ki, bu fikirləri müxalifətçi vəkil Aslan İsmayılov öz facebook səhifəsində bildirib.

Müsavatın Milli Şuradan getməsinə münasibət bildirən hüquqşünas maskaların cırıldığını qeyd edib.

“Maskalar cırılır, müxalifətçiliyi biznesə çevirənlərin, bugünkü durumda minlərlə sadə vətəndaşların həyatını, ümidlərini puç eləyənlərin, insanların azadlığa, demokratiyaya olan məhəbbətini nifrətə çevirənlərin əsl sifətləri görünməyə başlayır.

Əksinə sevinin, birləşin, yarısovet təfəkkürlülərə yox özünüzə güvənərək özünüzə, Vətənimizə layiq cəmiyyət qurun! Dəqiq bilin, intriqabazlıqla, oyunbazlıqla, ikiüzlülüklə, yaxınlarına, silahdaşlarınıza xəyanətlə yox, ancaq ləyaqətlə, ətrafdakılarla sayğı və məhəbbətlə, saflıqla, səmimiliklə, dürüstlüklə uğur qazanmaq olar”.

AzVision.az


Teqlər:  





Xəbər lenti