Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.