Müsavat İctimai Palatadan ayrılır

Müsavat İctimai Palatadan ayrılır
  08 Yanvar 2014    Oxunub:1166
Milli Şura sıralarını tərk etdikdən sonra Müsavat Partiyasının müxalifətin digər birliyi olan İctimai Palatadan da çıxacağı gözlənilir. Müsavatın faktiki olaraq fəaliyyətini dayandıran İctimai Palatada qalacağı hazırki durumda real görünmür. Bəzi partiya üzvləri də AXCP ilə birgə fəaliyyət göstərməmək üçün Müsavatın İP-dən çıxmasını məqsədəuyğun hesab edirlər.

Partiyanın başqan müavini Gülağa Alsanlı da Müsavatın İctimai Palatadan çıxa biləcəyini təsdiq edib.

O, AzVision.az-a açıqlamasında deyib ki, bu məsələnin partiyanın iclasında müzakirə edilərək qərar veriləcək.

“AXCP-nin İctimai Palatanı tərk etməsi ilə bağlı qərarına hörmətlə yanaşırıq. Müsavat gəlincə isə belə məsələlər kollegiyal şəkildə müzakirə edilir və qərar verilir. Yəqin ki, rəhbərlik müzakirə edib qərarını verər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti