Qazanda həbsxanaya telefon keçirmək istədi

  08 Yanvar 2014    Oxunub : 347
Qazanda həbsxanaya telefon keçirmək istədi
3 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Xanlar oğlu Əliyevə qardaşı Ramil Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilərkən içərisində toyuq ətindən hazırlanmış yemək olan qazanın dibinə xüsusi üsulla yerləşdirilmiş, dəmir parçası ilə örtülmüş 2 ədəd “Nokia”, 1 ədəd “XpressMusic” markalı mobil telefon aparatları və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az

Foto


Teqlər: