Bakıda keçmiş məhkum tapança ilə tutulub

Bakıda keçmiş məhkum tapança ilə tutulub
  14 May 2020    Oxunub:3963
Bakıda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasovdan “İJ-79-7T” markalı tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti