Akif Muradverdiyev kəskin ağrılardan əziyyət çəkir

Akif Muradverdiyev kəskin ağrılardan əziyyət çəkir
  09 Yanvar 2014    Oxunub:1269
Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisində müalicəsi davam edir. Vəkil Rəşad Mirmehdizadə yanvarın 8-də “Media forum” saytına bildirib ki, müalicə müəssisəsində Akif Muradverdiyevlə görüşüb: “Səhhəti yaxşı deyil, kəskin ağrılardan əziyyət çəkir. Onun boyun onurğasında yırtıq var və müalicə ilə sağalan xəstəlik deyil. Ona görə də müalicə heç bir effekt vermir. Onurğa yırtığını yalnız cərrahi əməliyyatla aradan qaldırmaq olar. Bu da Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisinə mümkün deyil. Xəstəliyi günü-gündən ağırlaşır”.

Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib.


Teqlər:  





Xəbər lenti