Yol polisi ötən gün 639 nəfəri cərimələyib

   Yol polisi ötən gün 639 nəfəri cərimələyib
  14 May 2020    Oxunub:4169
Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az -a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.05.2020-ci il saat 00:00-dan 14.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti