Yaqub Mahmudov mükafata layiq görüldü

 Yaqub Mahmudov mükafata layiq görüldü
  09 Yanvar 2014    Oxunub:1213
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov beynəlxalq mükafata layiq görülüb.
Əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülüb.

Qeyd edək ki, bu mükafat elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.

16-19 dekabr 2013-cü il tarixlərində Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda Yaqub Mahmudov “Kraliça Viktoriya” diplomu və medalına layiq görülüb. “Kraliça Viktoriya” beynəlxalq mükafatı görkəmli alimə milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunub.

Xatırladaq ki, 2012-ci ildə AMEA Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna, institutun direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə böyük elmi nailiyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna layiq görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti